Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiyada COVID-19-a gündəlik yoluxma 20 mini keçib

Rusiyada COVID-19-a gündəlik yoluxma 20 mini keçib

Tarix: 24 Iyun 2021 19:42

Rusiyada son sutka ərzində daha 20 182 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu, yanvarın 24-dən sonra gündəlik yoluxmada maksimumdur.

Bununla, Rusiyada COVID-19-a yoluxanların sayı 5 388 695 nəfərə çatıb.

Son sutka ərzində 568 nəfərin koronavirusdan öldüyü bildirilib.

Ümumilikdə koronavirusdan ölənlərin sayı 131 463 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistandan, Braziliya, Fransa və Türkiyədən sonra altıncı yerdə gəlir.


Etiketlər:  Rusiyada COVID gündəlik yoluxma mini keçib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ