Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ABŞ bankının erməni əsilli əməkdaşı iri maliyyə fırıldağında iştirakını etiraf edib

ABŞ bankının erməni əsilli əməkdaşı iri maliyyə fırıldağında iştirakını etiraf edib

Tarix: 7 Avqust 2019 16:44

Bakı. Trend:

ABŞ-ın “Wells Fargo” bankının Qlendeyl şəhərindəki (Kaliforniya ştatı) filialının sabiq meneceri Akop Zakaryan 14 milyon dollar məbləğində vəsaitin yuyulmasında yardım məqsədilə səlahiyyətlərindən istifadə etdiyini etiraf edib.

Trend-in məlumatına görə, o, məhkəmə qərarı ilə 30 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd olunur ki, A.Zakaryan fırıldaq yolu ilə yaradılmış və sonradan dondurulmuş hesabların bərpa olunması üçün pul alıb. O, həmin hesabların bərpa olunması üçün bankın Zərərlərin qarşısının alınması şöbəsinə yanlış məlumatlar ötürüb.

Fırıldaq çərçivəsində ABŞ Vergilər Xidmətinə 38 milyon dollara yaxın məbləğin qaytarılması üçün 7 min saxta bəyannamə təqdim olunub. Yekunda Vergilər Xidməti 14 milyon dolların qaytarılmasını təmin edib.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  ABŞ bankının erməni əsilli əməkdaşı maliyyə fırıldağında iştirakını etiraf edib


RƏYLƏR