Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nazarbayev ''Sputnik V''ni seçdi

Nazarbayev ''Sputnik V''ni seçdi

Tarix: 25 Iyun 2021 20:36

Qazaxıstanın eks prezidenti Nursultan Nazarbayev "Sputnik V" ilə peyvəndlənib.

Sonxeber.net "RİA Novosti"yə istinadən xəbər verir ki, Qazaxıstanın keçmiş lideri Nazarbayev Karaqanda dərman zavodunda hazırlanan "Sputnik V" peyvəndinin ilk komponentindən istifadə edib.

Qazaxstan lideri bildirib ki, vaksindən qorxmaq lazım deyil:

"Hazırda Qazaxıstanda 3 milyon insan peyvəndlənib və mən də vaksinləndim. Bütün qazaxları fəal vaksinasiyaya çağırıram. Bundan qorxmaq lazım deyil. Vaksinlənmək indi vacibdir, çünki virusun yeni ştamları yaranır. Bunu şəxsi sağlamlıq naminə etmək gərəkdir. Çətin dövrdə yaşayırıq. Bunu birgə adlamalıyıq.

Hamıya sidq ürəkdən sağlamlıq arzulayıram".


Etiketlər:  Nazarbayev Sputnik seçdi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ