Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2021 07:12
Bəzən insanlarda şəkər xəstəliyi olur, amma onlar bundan xəbərsiz yaşayırlar. Xəstəlik ağırlaşmalarla üzə çıxanda isə artıq iş-işdən keçmiş olur. Bəs şəkər xəstəliyinin ilkin əlamətləri hansılardır?
- yorğunlaq
- halsızlıq
- ürək yanğısı
- tez-tez sidiyə getmə
- arıqlama və ya hədsiz kökəlmə.
Bundan başqa bəzi əlamətlərdə vardır ki, şəkərli diabetin olmasını tam təsdiq edir. Bunlar aşağıdakılardır:
- çoxlu maye qəbul etmək istəyi
- gecələr sidiyə çıxma
- aşağı ətraflarda yaraların əmələ gəlməsi
- yaraların gec sağalması
- aralıq nahiyyədə qaşınma.
Əgər yuxarıda sadalanan əlamətlərdən bir neçəsi sizdə müşahidə edilərsə, mütləq endokrinoloqa müraciət etməyiniz məsləhət görülür. Çünki xəstəliyin diaqnozu nə qədər tez qoyularsa, sizin həyatınız bir o qədər az təhlükədə olar. Şəkərli diabet xəstəliyi aşkarlanan adam bəzi qaydalara əməl eləməlidir:
- orqanizmində baş verən narahatçılıqlar barədə həkimindən heç nəyi gizlətməməlidir
- şəkər xəstəliyi zamanı dieta və müalicə haqqında ətrafdakıların dediklərinə inanmamalıdır
- yanlız həkimin dediyinə əməl etməli, həkimin tapşırıqlarını yerinə yertirməlidir.