Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2021 17:50
Ağ Evin sözçüsü Cen Psaki Bayden administrasiyasının bədnam Quantanamo həbsxanasını bağlamaq niyyətini təsdiqləyib. Eyni zamanda, o, həbsxananın bağlanma tarixi ilə bağlı sualı cavablandırmaqdan çəkinərək, onu Pentaqona yönəldib.
Sonxeber.net sherq.az-a istinadən xəbər verir ki, Psaki qeyd edib ki, Bayden həqiqətən beynəlxalq terrorçular üçün həbsxananı bağlamaq istəyir və bu işdə tezliklə irəliləyiş əldə etməyə ümid edir.
"Müdafiə Nazirliyində konkret tarixlə bağlı daha dəqiq məlumatlar var. Ancaq prezident bunu etməyə qərarlıdır və biz bu məsələdə irəliləyiş gözləyirik", - deyə o, bildirib.