Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İngiltərə - Almaniya oyunu başlayıb

İngiltərə - Almaniya oyunu başlayıb

Tarix: 29 Iyun 2021 20:18

Bu gün Avro-2020-də 1/8 final mərhələsinə yekun vurulacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 4-cü oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə İngiltərə Almaniya ilə üz-üzə gələcək.  Günün son matçında isə İsveç Ukrayna ilə qarşılaşacaq.

İsveç - Ukrayna cütünün qalibi 1/4 final mərhələsində Almaniya - İngiltərə duelinin güclüsü ilə üz-üzə gələcək.

Qeyd edək ki, 1/4 final mərhələsinin daha 3 görüşünün tərkibi belədir: İsveçrə - İspaniya, Belçika - İtaliya, Çexiya - Danimarka.

29 iyun

Avro-2020, 1/8 final mərhələsi

20:00. İngiltərə - Almaniya - 0:0 (Birinci hissə)
Baş hakim. Denni Makkeli (Niderland)
London. "Uembli" stadionu

23:00. İsveç - Ukrayna
Baş hakim: Daniele Orsato
Qlazqo. "Hempden Park" stadionu

28 iyun

Fransa - İsveçrə - 3:3 (Penaltilər - 4:5)

Xorvatiya - İspaniya - 3:5

27 iyun

Belçika - Portuqaliya - 1:0

Niderland - Çexiya - 0:2

26 iyun

İtaliya - Avstriya - 2:1

Uels - Danimarka - 0:4

Milli.Az


Etiketlər:  İngiltərə Almaniya oyunu başlayıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ