Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyun 2021 22:48
"Instagram" sosial şəbəkəsinin bəzi istifadəçiləri proqramın masaüstü versiyasından foto və ya video dərc edə biliblər.
Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, yeni funksiya sınaq rejimində bir sıra istifadəçilərə əlçatan olub. Kompüterdən şəkil və ya video yükləmək üçün yuxarı sağ küncdə yerləşdirilmiş " " işarəsinə sıxmaq lazımdır. Bundan sonra istifadəçi şəklin ölçüsünü dəyişdirə, həmçinin lazımi filtrləri tətbiq edə biləcək.
Bu funksiya əvvəllər yalnız mobil proqramda əlçatan idi.