Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Iyul 2021 11:55
Dünyaca məşhur müğənni Keti Perri və aktyor sevgilisi Orlando Blum Bodrumdadır.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bir müddətdir Yunanıstanda olan cütlük istirahətini Bodrumda davam etmək qərarına gəlib. Keti və Orlandonun görüntüləri paparrassilər tərəfindən lentə alınıb və qısa müddətdə KİV orqanlarında yayılıb.
Qeyd edək ki, 2020-ci ilin iyulunda Yaponiyada evlənməyə hazırlaşan cütlük hələlik bu planı təxirə salmalı olub. Məlumata görə, hətta toya 150 nəfər qonaq dəvət olunubmuş.
Üstəlik toyun bəzi detalları da hazırlanıb. Ancaq Keti ilə Orlando son anda koronavirus təhlükəsi səbəbindən toyu təxirə salmaq qərarı alıblar.
Onların ötən ilin sonunda qızı dünyaya gəlib.