Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Məşhur hakim Bakıya gəlir

Məşhur hakim Bakıya gəlir

Tarix: 1 Iyul 2021 16:24

AÇ-2020-nin 1/4 final mərhələsi çərçivəsində iyulun 3-də, Bakıda keçiriləcək Çexiya - Danimarka matçının hakimləri açıqlanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı Olimpiya Stadionunda oynanılacaq qarşılaşmanı Niderlanddan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Byörn Kuypers olacaq. Ona yan xətt hakimləri Sander van Rukel və Ervin Zeynstra kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rusiyadan olan Sergey Karasev yerinə yetirəcək.

İyulun 3-də keçiriləcək Çexiya - Danimarka matçına saat 20:00-da start veriləcək.

Milli.Az


Etiketlər:  Məşhur hakim Bakıya gəlir


RƏYLƏR