Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyul 2021 17:15
Bu gün "Azərxalça"nın Qobu emalatxanasında son bir ildə toxunan ən böyük ölçülü xalça kəsilib. Xalçanı beş ay müddətində 4 toxucu xanım toxuyub.
"Azərxalça"dan Sonxeber.net-a verilən məlumata görə, Quba məktəbinə aid "Pirəbədil" çeşnisi ilə toxunan xalça 24 kv. metrdir.
Bu, fəaliyyət göstərdiyi müddətdə Qobu emalatxanasında kəsilən dördüncü böyük ölçülü xalçadır.
Xatırladaq ki, böyük kvadratlı (24-25kv.metr) xalçaları toxumaq üçün "Azərxalça"nın hər bir emalatxanasında 2 böyük ölçülü xalça dəzgahı mövcuddur.