Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Rusiya gimnastı: Milli Gimnastika Arenasında çox yaxşı şərait yaradılıb

Rusiya gimnastı: Milli Gimnastika Arenasında çox yaxşı şərait yaradılıb

Tarix: 27 Aprel 2019 23:57

Bakı. Cani Babayeva - Trend:

Milli Gimnastika Arenasında çox yaxşı şərait yaradılıb.

Bunu Trend-ə ikiqat mütləq dünya çempionu və üçqat Avropa çempionu, rusiyalı gimnast Dina Averina deyib.

Bakıda il dəfə çıxış edən gimnast tamaşaçılardan bu cür dəstək gözləmədiyini deyib:

"Tamaşaçılar bilirdi ki, mən gürzlə hərəkətlərdə "Şərq nağılları" mahnısı altında çıxış edirəm. Mən hələ xalçaya çıxmamış, onlar məni dəstəkləməyə başladılar. Bu, çox kömək edir".

D.Averina eyni zamanda öz çıxışından razı qalmadığını deyib:

"Tam razı qalmadı, bəzi səhvlər oldu. Finallarda onların öhdəsindən gəlməyə çalışcacağam".

Qeyd edək ki, 26-28 aprel tarixlərində Bakıda bədii gimnastika üzrə Dünya Kuboku keçirilir. Turnirdə 39 ölkədən ümumilikdə 200-dən çox gimnast mübarizə aparır.

Azərbaycanı Dünya Kubokunda fərdi proqramda Zöhrə Ağamirova və Veronika Qudis, həmçinin qrup hərəkətləri komandasının tərkibində Ayna Cəfərova, Simara Cəfərova, Güllü Ağalarzadə, Narın Qurbanova, Nərmin Cahangirova və Sona Rəhmanova təmsil edirlər.

Ötən gün Z.Ağamirova halqa ilə hərəkətlərdə 19.800 xal toplayaraq həmin alət üzrə final mərhələsinə vəsiqə qazanıb.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Rusiya gimnastı Milli Gimnastika Arenasında çox yaxşı şərait yaradılıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ