Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda kütləvi vaksinasiyaya başlanılır

Gürcüstanda kütləvi vaksinasiyaya başlanılır

Tarix: 2 Iyul 2021 22:32

İyulun 5-dən Gürcüstanda koronavirusa qarşı kütləvi vaksinasiyaya başlanılır.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze məlumat verib.

Onun sözlərinə görə, ölkədə bunun üçün kifayət qədər vaksin ehtiyatı var.

Kütləvi vaksinasiya "Sinofarm" peyvəndi ilə başlanacaq. Bir neçə gündən sonra isə "Sinovak", "AstraZeneka" və "Pfizer" peyvəndləri ilə davam edəcək.

Mərkəzin rəhbəri gün ərzində 20-25 min insanın peyvənd olunacağına ümid etdiyini bildirib.

O deyib ki, bu minvalla dekabr ayında ölkənin yaşlı əhalisinin 60 faizdən çoxunun vaksinasiyasına nail olunacaq.

Qeyd edək ki, iyulun 1-nə olan statistik məlumata görə, Gürcüstanda 265 min 290 nəfər peyvənd olunub. Onların 103 min 170-i vaksinin hər iki dozasını qəbul edib.


Etiketlər:  Gürcüstanda kütləvi vaksinasiyaya başlanılır


RƏYLƏR