Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Iyul 2021 15:12
Azərbaycan "arsax"ın utilizasiyası strategiyasını çoxdan hazırlayıb və artıq bu prosses sona yaxınlaşır. İrəvan isə bu barədə danışıqların mövcudluğunu imitasiya edir. Əslində, "arsax"la bağlı heç bir danışıq yoxdur. Bu mövzu bağlandı.
Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu barədə Aİİ İnstitutunun direktoru Vladimir Lepexin Ermənistan mətbuatına müsahibəsində bildirib.
Onun sözlərinə görə, İrəvan Qarabağa görə Azərbaycanla müharibə aparmaq niyyətində deyil:
"Ermənistan faktiki olaraq qərbyönlü siyasət yürüdür. Aydındır ki, bu səbəbdən Rusiya İrəvana dəstək prosesinə qatılmayacaq. Nəticə etibarilə biz Ermənistanın "artsax" ideyasında tamamilə imtina etmək məcburiyyətində qalacağını görəcəyik. Hazırkı şəraitdə Ermənistanın regional inkişafı yalnız bir istiqamətdə baş verə bilər: Bu ölkənin Türkiyənin protektoratına çevrilməsi".