Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Manaf Rüfətin saatı haqda: “Brilliantın parıltısından adamın gözü çıxır”

Manaf Rüfətin saatı haqda: “Brilliantın parıltısından adamın gözü çıxır”

Tarix: 6 Iyul 2021 19:15

"Həmin Zaur" proqramının növbəti qonağı müğənni Rüfət Axundov olub.

Milli.Az sherg.az-a istinadla xəbər verir ki, aparıcı Zaur Kamal ondan qol saatının qiymətini soruşub. Sənətçi isə ona hədiyyə edildiyini söyləyib.

Ardınca R.Axundov "Başqa mövzu var?" deyərək gileylənib. Aparıcı ifaçının saatını götürərək əlində original olub-olmadığına baxıb. Proqramın digər qonağı Manaf Ağayev isə  o saatın metronun stansiyalarından birinin yanında satıldığını deyib:
"Brilliantın parıltısından adamın gözü çıxır. Amma Rüfət buna layiq oğlandır. əziyyəti ilə qazanıb".

Z.Kamal isə qol saatını özü üçün götürəcəyini bildirib:

"Qoluma da çox yaraşdı. O qədər efirə çağırıram pulsuz-parasız. Bu nədir ki, mənə? Sən populyar olmamışdın. Əvvəl radioda qonağım olurdun".

Milli.Az


Etiketlər:  Manaf Rüfətin saatı haqda Brilliantın parıltısından adamın gözü çıxır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ