Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Iyul 2021 07:46
Avropa Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin ilk oyunlarına start verilib.
Sonxeber.net matc.az-a istinadən bildirir ki, ilk oyun günündə üç görüş baş tutub.
Malta "Mosta"sı doğma meydanda Trnava "Spartak"ına (Slovakiya) qalib gəlibsə, Albaniya "Laçi"si də Monteneqronun "Podqoritsa" komandasını məğlub yola salıb. "Santa-Koloma" - "Mons Kalpe" görüşündə isə qalib müəyyənləşməyib.
Mərhələnin qalan ilk oyunları iyulun 8-də keçiriləcək.
Qeyd edək ki, Azərbaycanı Konfrans Liqasında "Qarabağ", "Sumqayıt" və "Keşlə" təmsil edəcək. Premyer Liqa klubları mübarizəyə 2-ci təsnifat mərhələsindən qoşulacaq.
Avropa Konfrans Liqası
1-ci təsnifat mərhələsi
6 iyul
Mosta (Malta) - Spartak (Trnava, Slovakiya) 3:2
Santa-Koloma (Andorra) - Mons Kalpe (Cəbəllütariq) 1:1
Laçi (Albaniya) - Podqoritsa (Monteneqro) 1:0