Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şeron Stoun 25 yaşlı reperlə sevgilidir - DETALLAR - FOTO

Şeron Stoun 25 yaşlı reperlə sevgilidir - DETALLAR - FOTO

Tarix: 7 Iyul 2021 21:15

63 yaşlı Hollivud ulduzu Şeron Stoun 25 yaşlı rep sənətçisi RMR ilə sevgilidir. 

Milli.Az xəbər verir ki, bu barədə məlumatı "Page Six" nəşri yayıb. 

Mənbə cütlüyün bir neçə dəfə Los-Ancelesdə və müxtəlif ictimai yerlərdə "gəzərək" birlikdə göründüklərini yazıb.  

Keçmişdə onların hip-hop rəqsi etdikləri də diqqət çəkib.  

Tabloid iddia edir ki, Şeron Stounun yayı əyləncəli olacaq və gənc musiqiçinin yanında olmasından həqiqətən zövq alacaq. 

Ulduzlar bir-birinin sosial şəbəkələrdəki nəşrlərini, məsələn "Instagram"dakı yazıları qarşılıqlı olaraq işarələyir, diqqətdən kənarda saxlamırlar. 

Beləliklə, RMR "Basic Instinct"in ulduzunun şəkillərini davamlı olaraq "bəyənir". Stoun isə oğlanın postunun altına ABŞ və Kanada turu haqqında şərh yazıb. 

Yeri gəlmişkən, RMR-nin kimliyi məlum deyil, ictimaiyyət arasında o, balaklavda görünür.

Milli.Az


Etiketlər:  Şeron Stoun yaşlı reperlə sevgilidir DETALLAR FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ