Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2021 13:50
"Azərbaycan qadını çox fədakardır. Ailə qayğıları içində özlərini unudurlar. Xanım gün içində özünə zaman ayırmağı unutmamalıdır. Xanımlar düşünməsinlər ki, baxımlı olmaq üçün salonları gəzmək lazımdır. İnanın, evdə də əlimizin altında olan məhsullarla üzümüzə qulluq edə bilərik. Vanna otağına keçib bir maska etmək, üzü yumaq heç 5 dəqiqənizi almır".
Sonxeber.net xəbər verir ki, bu sözləri axşam.az-a açıqlamasında müğənni Lətifə Soyuöz deyib. Sənətçi sosial şəbəkədə məşhur olan "story"lərindən danışıb:
"Xanım gün ərizndə özünə zaman ayrımağı unutmamalıdır. O zaman qadının özünə sevgisi artır. İnstaqramda hekayə bölümündə çalışıram xanımlara pozitivlik ötürürəm. Xanımlarımızdan o qədər gözəl mesajlar alıram ki... Yazırlar ki, səni izlədiyimiz zaman pozitiv enerji ilə yüklənirik, həyatdakı qayğılarımızdan uzaqlaşırıq.
Hər səhər xanımlara onların nə qədər güclü və dəyərli olduqlarını xatırladıram. Xanımlar, çalışın sizin ruhdan düşmənizə heç kim imkan verməsin. Qadın bir-birinin paxıllığını çəkməməmlifit. Əksinə biz bir-birimizə dəstək olmalıyıq. Əminliklə deyə bilərəm ki, hekayələrimə görə ən çox izlənən və müsbət mesaj alan xanım ifaçıyam".