Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Avqust 2019 12:36
Bakı. Elçin Mehdiyev - Trend:
Qurban Bayramı ərəfəsində Kənd Təsərrüfatı Nazirliyi tərəfindən kəsim məntəqələrində dezinfeksiya işləri pulsuz aparılacaq.
Trend-in məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Bakı Şəhər Baytarlıq İdatəsinin şöbə müdiri Rafiq Allahverdiyev deyib.
O qeyd edib ki, həmişə dövlət qurumları tərəfindən Qurban bayramı ərəfəsində yaradılan məntəqlərdə təmizlik və dizenfeksiya işləri aparılır: “Bu xidmətlər istər bayram günlərində, istərsə də digər günlərdə ödənişsizdir. Məqsədimiz hər hansı infeksion xəstəliklərin keçiciliyin qarşısını almaqdır. Bu səbəblə bayram günlərindən sonra cadrtipli kəsim məntəqələri yığışdırılanda yenidən təmizlik işləri aparılacaq”.
R.Abdullayev əlavə edib ki, göstərilən xidmət fərdi qaydada müraciət edən vətəndaşlar üçün ödənişlidir:
“Əgər vətəndaş özü dezinfeksiya işləri ilə bağlı bizə müraciət edirsə, bu zaman əvvəlcədən təyin edilmiş dövlət rüsumu ödəməlidir. Dezinfeksiya işləri bir kvadrat metrə görə 0,06 qəpikdən hesablanır”
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin