Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Britaniya Azərbaycanla bağlı QƏRAR VERDİ: 19 iyuldan ETİBARƏN...

Britaniya Azərbaycanla bağlı QƏRAR VERDİ: 19 iyuldan  ETİBARƏN...

Tarix: 8 Iyul 2021 23:12

Britaniya XİN Azərbaycana səfərlə bağlı məhdudiyyətlərə (COVID 19) dəyişiklik edib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Britaniyanın nəqliyyat naziri Qrant Şapps bildirib.

O qeyd edib ki, 19 iyuldan etibarən aralarında Azərbaycanın da olduğu bir sıra ölkələrə istirahət məqsədli səyahətlə bağlı məhdudiyyətlər aradan qaldırılır. Buna görə hökumət həmin ölkələrə ailəsini görmək və ya istirahət etmək üçün getmək istəyən şəxslərə icazə verir. Həmçinin həmin ölkələrdən geri qayıdan Britaniya vətəndaşları və ya sakinləri 10 gün karantində qalmalı olmayacaqlar.

Nazir bildirib ki, bunun üçün həmin şəxslərin Britaniya səhiyyə sistemi tərəfindən təsdiq edilmiş vaksinin hər iki dozasını qəbul etmiş olması lazım gəlir. Onun sözlərinə görə, səyahətdən üç gün öncə mənfi nəticə göstərən COVID-19 testi və iki gün sonraki test isə hələ də qüvvədə qalır. Ancaq həmin şəxslərin 8-ci gündə test verməsinə isə artıq ehtiyac qalmayacaq.

Milli.Az


Etiketlər:  Britaniya Azərbaycanla bağlı QƏRAR VERDİ 19 iyuldan ETİBARƏN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ