Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mutasiyaların yaranmasının səbəbkarı peyvənd vurdurmayanlardır - “Ştamm fabriki”

Mutasiyaların yaranmasının səbəbkarı peyvənd vurdurmayanlardır - “Ştamm fabriki”

Tarix: 9 Iyul 2021 22:26

Hazırda dünyada koronavirusun yeni variantlarının yaranması və yayılmasının mənbəyi peyvənd olunmamış insanların infeksiyalaşmış orqanizmidir.

Sonxeber.net xəbər verir ki, bu barədə ABŞ Vanderbiltki universitetinin professoru Uilyam Şefner deyib.

"Peyvənd olunmamış adamlar faktiki olaraq potensial yeni variantların fabriki rolunu oynayır. Onlar yeni ştamm istehsalçısıdırlar. Nə qədər ki, vaksin olunmamış insanların populyasiyası var, bir o qədər virusun çoxalıb, mutasiyaya uğramasına şans yaranır. Bu hal gələcəkdə daha təhlükəli variantların yaranmasına səbəb ola bilər".

Populyasiya dedikdə, vaksin olunmayan insanların öz ölkəsindəki virus ştammına yoluxub onu səfər və səyahətlər zamanı digər ölkələrə yaymasıdır.

Digər alim immunoloq Endyu Pekoş da deyib ki, təbii seçmə yolu ilə o mutasiyalar qalib olur ki, insan faktoru burda rol oynasın. Bu proses vaksin olunmayan insanlar olmadan baş vermir.

Hər yeni yoluxma virusa imkan verir ki, yeni mutasiyaya çevrilsin. İndi biz bu prosesi izləyirik, virus getdikcə güclənir, dəyişir. /medicina.az


Etiketlər:  Mutasiyaların yaranmasının səbəbkarı peyvənd vurdurmayanlardır Ştamm fabriki


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ