Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Evdə pirsinq etdirdi - İnfeksiyadan öldü - FOTO

Evdə pirsinq etdirdi - İnfeksiyadan öldü - FOTO

Tarix: 12 Iyul 2021 15:10

Braziliyanın Minas Gerais əyalətində on beş yaşlı qızın evdə pirsinq etməsi həyatı hesabına başa gəlib.

Sonxeber.net mk.ru-ya istinadən xəbər verir ki, bədənindəki infeksiyaya görə ürək tutması nəticəsində ölüb. Daily Star qəzetinin yazdığına görə, İzabela Eduarda de Sousa anasından pirsinq üçün icazə istəsə də, imtina cavabı alıb. Ölən yeniyetmənin xalası bütün ailənin onun fikrinə qarşı olduğunu söyləyib, ancaq İzabela deşilmə qərarını verib.

Dostundan evdə qaşını deşməkdə kömək etməsini də istəyib. Prosedur zamanı bədəninə infeksiya düşüb və pirsinqdən üç gün sonra üzü şişib. Qız xəstəxanaya yerləşdirilsə də, onu xilas etmək mümkün olmayıb. Həkimlər deyib ki, İzabela sağ qalsaydı, pirsinq səbəbiylə görmə qabiliyyətini itirə bilərdi.

Kamran Seyidov


Etiketlər:  Evdə pirsinq etdirdi İnfeksiyadan öldü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ