Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Space” də yeni təyinat QALMAQALA səbəb oldu - DETALLAR

“Space” də yeni təyinat QALMAQALA səbəb oldu - DETALLAR

Tarix: 13 Iyul 2021 19:24

"Space" televiziyasında daha bir kadr dəyişikliyi olub. 

Milli.Az xəbər verir ki, bizim.media-nın əldə etdiyi məlumata görə, tanınmış jurnalist Eldəniz Vəliyev kanalın xəbərlər departamentinin baş redaktor vəzifəsindən ayrılıb.

Onun yerinə isə jurnalist Zahid Nurəliyev təyinat alıb. O, uzun müddət mətbuat orqanlarında çalışıb.

Xəbərlərin yeni baş redaktoru kollektivə kanalın baş direktoru Müşfiq Hətəmov tərəfindən təqdim olunub. O, Eldəniz Vəliyevlə bu tezliklə yollarının ayrılması səbəbindən və kollektivlə maraqlı layihələr işləmək arzusundan danışıb. İclas zamanı M. Hətəmov qeyd edib ki, Eldəniz Vəliyevin tövsiyyəsi ilə bu postu Zahid Nurəliyevə sınaq müddəti nəzərə alınmaqla 3 ay müddətinə həvalə edib.

Yeni təyinatdan narazı qalan "Space"in xəbərlər departamentinin redaktoru jurnalist Azadə Balayeva öz etirazını bildirib. O, M.Hətəmova bildirib ki, uzun müddətdir televiziya sahəsində çalışıb və seçimin niyə məhz televiziyada təcrübəsi olmayan Zahid Nurəliyevlə bağlı olmasını başa düşmədiyini deyib. M.Hətəmov isə cavabında bildirib ki, əgər öz namizədliyini irəli sürmək fikri var idisə, əvvəlcədən bu haqda rəhbərliyi xəbərdar etməli idi.

Sonda baş direktor qeyd edib ki, o, 3 aylıq sınaq müddətindən sonra bu təyinat barəsində dəqiq qərar verəcək.

Mənbənin bildirdiyinə görə, Eldəniz Vəliyev dövlət qurumlarının birində İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi vəzifəsinə təyin olunmaq üçün "Space"dən ayrılıb.

Milli.Az


Etiketlər:  Space yeni təyinat QALMAQALA səbəb oldu DETALLAR


RƏYLƏR