Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

ÜTT-yə üzvlük danışıqlarında İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və ÜTT şöbəsinə dəstək və potensialın gücləndirilməsi (FOTO)

ÜTT-yə üzvlük danışıqlarında İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və ÜTT şöbəsinə dəstək və potensialın gücləndirilməsi (FOTO)

Tarix: 9 Avqust 2019 20:54

Bakı. Trend:

“EKVİTA” şirkətinin dəstəyi ilə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən “ÜTT-yə üzvlük danışıqlarında İqtisadiyyat Nazirliyinin Ticarət Siyasəti və ÜTT Şöbəsinə dəstək və potensialın gücləndirilməsi” layihəsi çərçivəsində 5-6 avqust tarixlərində dəyirmi masa təşkil edilmişdir.

İki günlük tədbirin birinci günündə “Qanunsuz, Hesabatsız, Tənzimlənməyən (QHT) Balıqçılıq”, həddindən artıq balıq ovlanması şəraitində balıqçılıq, habelə həddindən artıq istehsal gücü üçün subsidiyalara qadağa kimi məsələlər müzakirə edildi. Təqdimat Layihənin Qrup Rəhbəri və ÜTT balıqçılıq sahəsində subsidiyalar barədə danışıqlarda məsləhətçi Alicia Greenidge tərəfindən həyata keçirilmişdir.

Tədbirin ikinci günü “ÜTT islahatlarına dair təkliflər” məsələləri ön plana çıxarıldı. Təqdimatlar və müzakirələr, əsasən, ÜTT fəaliyyətinin gözlənilən yeni inkişaf istiqamətləri, Azərbaycan Respublikasının ÜTT-yə üzvlük danışıqlarında cari vəziyyəti və yerli qanunvericiliyin ÜTT tələblərinə uyğunlaşdırılması məsələlərini əhatə etmişdir. Dəyirmi masa xarici mütəxəssis Peter Morrison tərəfindən hazırlanmış təqdimatlarla yekunlaşmışdır.

Bundan əlavə, müzakirələr prosesində ÜTT-də aparılan islahatlar və balıqçılıq sahəsində subsidiyalar üzrə hökumət və özəl sektor nümayəndələrinə maraqlı məqamlar barəsində məlumatlar verildi.

Qeyd edək ki, layihə konsorsiumun üzvü olan “EKVİTA” MMC-nin baş ofisində baş tutmuşdur.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  ÜTT üzvlük danışıqlarında İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti ÜTT şöbəsinə dəstək potensialın gücləndirilməsi FOTO


RƏYLƏR