Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2021 13:16
Ermənistanın Azərbaycana məxsus tarixi və mədəni irsi mənimsəməsinə dair hesabat hazırlanıb. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi tərəfindən hazırlanan bu hesabatda həm işğaldan azad olunmuş Azərbaycan ərazilərində, həm də Ermənistan ərazisində Azərbaycana məxsus tarixi və mədəni irsin Ermənistan tərəfindən mənimsənməsi siyasətinin müxtəlif tərəfləri araşdırılıb.
Sonxeber.net Xəzər TV-yə istinadən xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi "Ermənistanın Azərbaycanın tarixi və mədəni irsini mənimsəməsi" adlı hesabat hazırlayıb. İki hissədən ibarət olan hesabatın birinci hissəsində Qarabağda ermənilər tərəfindən aparılan qanunsuz talandan bəhs edilib:
Hesabatın ikinci hissəsində isə abidələrin "erməniləşdirilməsi" və azərbaycanlılara məxsus irsin saxtalaşdırılması təhlil edilib:
Qeyd edək ki, sözügedən hesabatın bir qismi Mədəniyyət Nazirliyi tərəfindən təqdim olunan mənbələrə əsasən hazırlanıb. Sənəddə həmçinin Almaniyanın Bochum Universitetinin professoru Hans-Yoachim Heintze tərəfindən yazılmış "Silahlı qarşıdurmalar zamanı mədəni irsin qorunması" adlı materialda təsbit olunmuş hüquqi qiymətləndirmədən də istifadə edilib.