Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Gürcüstanda 1 həftədə 10 zəlzələ olub

Gürcüstanda 1 həftədə 10 zəlzələ olub

Tarix: 14 Iyul 2021 16:30

Bu gün səhər saatlarında Gürcüstanda iki zəlzələ baş verib.

Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, zəlzələlər Kvemo Kartli bölgəsində Sameba kəndində olub.

İlk olaraq, 4 bal gücündə yeraltı təkanlar Tibilisi vaxtı ilə saat 11:04-də Sameba kəndindən 9 km, Dmanisi şəhərindən isə 25 km məsafədə qeydə alınıb. Zəlzələnin episentri 8 km dərinlikdə yerləşib.

Bunun ardınca, saat 11:41-də Sameba kəndindən 4 km məsafədə 3,2 bal gücündə təkanlar baş verib. Bu zaman isə zəlzələnin episentrinin 5 km dərinlikdə yerləşdiyi açıqlanıb.

Qeyd edək ki, bu, Sameba kəndində bu həftə ərzində qeydə alınan 10-cu zəlzələdir. Zəlzələlərin gücü 3 baldan 4 bala qədər olub.


Etiketlər:  Gürcüstanda həftədə zəlzələ olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ