Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Avqust 2019 00:24
Bakı. Trend:
Nigeriya sahillərində dəniz quldurları tərəfindən girov götürülən 10 türk dənizçi azad edilib.
Trend-in Türkiyə KİV-lərinə istinadən verdiyi məlumata görə, azad edilən dənizçilərin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.
Xatırladaq ki, iyulun 13-ü Nigeriya sahillərində Türkiyə bayrağı altında üzən “Paksoy-I” gəmisinə dəniz quldurları tərəfindən silahlı hücum edilib. Hücum zamanı gəmidə 18 nəfər olub və onlardan 10-u girov götürülb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin