Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Orqanizmin susuzlaşması

Orqanizmin susuzlaşması

Tarix: 15 Iyul 2021 06:06

Orqanizmin susuzlaşması insanın az maye qəbul edib, çox maye itirdiyi zaman baş verir. Bu zaman orqanizmin orqan və toxumalarında onların normal funksiyaının bərpası üçün lazım olan suyun miqdarı azalır. Əgər orqanzmdə itirilmiş su bərpa edilməsə, susuzluq başlayır.
Orqanizmdə susuzlaşma aşağıdakı səbəblərdən baş verə bilir:
* isti havada fiziki yüklənmə zamanı su qəbul etmədikdə
* güclü və davamsız ishal zamanı
* aramsız qusmalar zamanı
* yüksək temperatur zamanı maye qəbul eləmədikdə
* aramsız və həddindən artıq tərləmələrdə.
Susuzluğa az yaşlılar və qocalar daha davamsız olurlar. Orqanizmin susuzlaşması müəyyən səbəblərdən baş verdikdə, su içməklə əlaməti aradan qaldırmaq olur. Amma əgər susuzlaşma müxtəlif patologiyalar səbəbindən baş verərəsə, bu zaman tibbi yardım almaq lazım gəlir. Bu zaman orqanizmə müxtəlif yollara suyun köçürülməsi təmin edilir.
Susuzluq zamanı ağızda quruluq, yorğunluq hissi, yuxuluq, ürək yanğısı, sidiyin miqdarının azalması baş verir. Susuzluq zamanının müddəti artdıqca baş ağrıları, qəbizlik başlayır, bu zaman xəstənin dərisində də dəyişikliklər müşahidə edilir, xəstələr halsızlıqdan yıxılırlar. Xəstəliyin ağır formasında arterial təzyiq aşağı düşür, nəfəsalma çətinləşir, temperatur yüksəlir.


Etiketlər:  Orqanizmin susuzlaşması


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ