Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2021 12:45
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Almaniya və Belçikaya başsağlığı verib.
Sonxeber.net bildirir ki, bu barədə XİN-in "Twitter" hesabında bildirilib.
"Avropanın qərbində ekstremal hava şəraitinin dağıdıcı nəticələri narahatlıq doğurur. Almaniya və Belçikada sel qurbanlarının yaxınlarına başsağlığı veririk", - deyə qeyd olunub.
O da bildirilib ki, Azərbaycan yağışların dağıdıcı nəticələrinin aradan qaldırılmasında ihəm Almaniya, həm də Belçikanın yayındadır.
Qeyd edək ki, Almaniyanın qərbində və Belçikada yağan güclü yağışlar nəticəsində meydana gələn sel 92 nəfərin ölümünə səbəb olub, yüzlərlə adam itkin düşüb.