Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2021 12:50
Ermənistanın Sisian icmasının rəhbəri Artur Sarkisyan həbs olunub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bunu Ermənistanın İstintaq Komitəsinin Mətbuat katibi Vardan Tadevosyan açıqlayıb.
Məlumata əsasən, A. Sarkisyan vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə və fırıldaqçılıqda ittiham olunur.
Qeyd edək ki, Artur Sarkisyan "Ermənistan" seçki blokundan deputatlığa namizəd idi.
Hazırda Ermənistanda həbslər davam edir. Həbs olunanlar isə ölkənin keçmiş Prezidenti Robert Koçaryanı parlament seçkilərində dəstəkləyən şəxslərdir. "Ermənistan" seçki bloku öz nümayəndələrinə qarşı repressiyaların başladığını deyib.