Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2021 08:44
Goranboyda piyadanın ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunda qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı minik maşını yolu keçmək istəyən gənc qadını vurub. Goranboy rayon sakini, 24 yaşlı Vüsalə Quliyeva hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.