Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ağstafa sakinində narkotik aşkarlandı

Ağstafa sakinində narkotik aşkarlandı

Tarix: 17 Iyul 2021 14:20

Ağstafa sakinində narkotik aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Milli.Az-a verilən məlumata görə, Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilən rayon sakini, Famil Bayramov şəhər ərazisində saxlanılaraq, şöbəyə gətirilib. Onun üzərində şəxsi axtarış keçirilən zaman 1 ədəd kağız bükümdə narkotik vasitə olan "heroin" aşkar edilərək götürülüb.

Davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində saxlanılan şəxsin yaşadığı fərdi yaşayaış evindən xüsusi aqrotexniki qaydada qulluq edilmiş narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Milli.Az


Etiketlər:  Ağstafa sakinində narkotik aşkarlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ