Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Girişdə “QR kod”un yoxlanılmasına baxmayaraq minlərlə tamaşaçı COVID-19-a yoluxdu

Girişdə “QR kod”un yoxlanılmasına baxmayaraq minlərlə tamaşaçı COVID-19-a yoluxdu

Tarix: 17 Iyul 2021 22:16

Niderlandın Utrext şəhərində keçirilən musiqi festivalına giriş qaydalarına sərt nəzarət edilməsinə baxmayaraq təxminən 1 000 nəfər ziyarətçinin COVID-19 yoluxduğu aşkar edilib.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, 3-4 iyul tarixlərində baş tutan festivalda 20 min insan iştirak edib.

Tədbirin təşkilatçıları hadisələrin belə inkişafından şoka düşdüklərini söyləyiblər. Belə ki, konsertə girişdə hər bir şəxsin "QR kod"u yoxlanılıb.

Bu səbəbdən festivalda məsafəni qorumaq və maska ​​taxmaq tələb edilməyib.

Yaxın günlərdə yoluxmuş insanların sayının daha da artacağı gözlənilir.

Məlumat üçün qeyd edək ki, Niderlandda ötən həftən başlayaraq  koronavirus infeksiyasına yoluxma sayı gündəlik 2 mindən yuxarı qeydə alınır.


Etiketlər:  Girişdə kodun yoxlanılmasına baxmayaraq minlərlə tamaşaçı COVID yoluxdu


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ