Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avstraliyada qeyri-adi ev

Avstraliyada qeyri-adi ev

Tarix: 17 Iyul 2021 23:20

Avstraliyanın "Casey Brown Architecture" memarlıq studiyası ev sahiblərinin gəlişi ilə biri çiçək kimi açılan iki ayrı mini qüllədən ibarət bənzərsiz kiçik evin tikintisini başa çatdırıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, "Permanent Camping-2" adlanan evin əsas üstünlüklərindən biri də əsas qüllənin açıldıqda evin sahəsini ikiqat artıran mobil divarlara malik olmasıdır.

Qaldırıcı mexanizmlərinin köməyi ilə qüllənin 3 divarı qaldırılaraq pəncərələr açılır və "qutu" tam bir yaz evinə çevrilir. Qeyri-adi ev gündüzlər çiçək kimi açılır, gecələr isə avtomatik bağlanır.

"Ləçəkləri" bağlayarkən ev, həm də pis hava şəraitindən, vəhşi heyvanlardan və ya insanlardan etibarlı şəkildə qorunur.

Milli.Az


Etiketlər:  Avstraliyada qeyri adi ev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ