Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Iyul 2021 11:30
Kanadanın Britaniya Kolumbiyası əyalətində anormal istilər nəticəsində 800-dən çox insan həyatını itirib.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, CTV telekanalı bu barədə əyalətin məhkəmə tibb xidmətinə istinadən xəbər verib.
Məlumata görə, 25 iyun - 1 iyul tarixləri arasında havanın temperaturu 40 dərəcəni keçib və bunun nəticəsində əyalətdə 808 nəfər anomal havanın qurbanı olub.
Ən çox ölüm sayı(300 nəfər) 29 iyun tarixinə təsadüf edib. Ölüm halı əsasən təqaüdçülər arasında qeydə alınıb.