Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Bu mövsüm əvvəlkindən daha yaxşı olacaq"

Tarix: 18 Iyul 2021 16:56

"Barselona"nın baş məşqçisi Ronald Kuman klubun yeni mövsüm üçün hədəflərindən danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis "Mundo Deportivo"ya açıqlamasında deyib:

"Bu mövsümdən çox şey gözləyirəm. İnanıram ki, əvvəlkindən daha yaxşı olacaq. Bu da komandamızdan asılıdır. Klub çox şey üzərində işləyir. Amma məqsədimiz həmişə maksimum nəticəni əldə etməkdir. Biz keyfiyyətli oynamağa çalışan bir klubuq. Azarkeşlərimizin dəstəyi ilə yaxşı nəticələr qazanacağıq".

Qeyd edək ki, "Barselona" geridə qalan mövsüm La Liqanı 3-cü yerdə başa vurub.

Milli.Az


Etiketlər:  Bu mövsüm əvvəlkindən daha yaxşı olacaq


RƏYLƏR