Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2021 15:50
Hindistanın Maharaştra əyalətinin paytaxtı Mumbauy şəhərinə yağan sel yağışları nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb, 6 nəfər yaralanıb.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə "Times of India" qəzeti yazır.
Bundan əvvəl torpaq sürüşməsi nəticəsində 25 nəfərin öldüyü bildirilmişdi.
Qəzetin yazdığına görə, insanların ölümünə iki sürüşmə və binanın çökməsi səbəb olub, üç nəfər elektrik cərəyanının vurması nəticəsində ölüb.
Hindistan Meteoroloji Bürosu Mumbayda yağan güclü yağışlarla bağlı "Qırmızı" dərəcəli həyəcan xəbərdarlığı edib. Yağan leysan yağışları səbəbindən şəhər sakinlərinin elektrik enerjisi və su təchizatında fasilələrlə üzləşdikləri qeyd olunur.