Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Türkiyə millisinin üzvü "Bavariya"da?

Türkiyə millisinin üzvü

Tarix: 20 Iyul 2021 11:00

"Bavariya" heyətini gücləndirmək üçün futbolçu axtarışındadır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu dəfə Münhen təmsilçisinin maraq dairəsinə Türkiyə millisinin üzvü Mert Müldür düşüb. "Bavariya" 22 yaşlı müdafiəçinin keçidi üçün onun klubu "Sassuolo" ilə danışıqlar aparacaq.

Qeyd edək ki, Mert Müldür Avro-2020-dəki çıxışı ilə də diqqət çəkib. Lakin Türkiyə millisi A qrupunda 0 xalla sonuncu olub. Bu qrupda mübarizə aparan italiya yığması isə yarışın çempionu olmağı bacarıb.

Milli.Az


Etiketlər:  Türkiyə millisinin üzvü Bavariyada


RƏYLƏR