Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2021 17:12
Bu gün Azərbaycanın milli aviadaşıyıcısı (AZAL) daha bir təyyarəsi ilə Tacikistanın paytaxtı Düşənbə şəhərinə koronavirusa qarşı 40 min "AstraZeneca" peyvəndi çatdırıb.
Bu barədə AZAL-dan məlumat verilib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə üçün humanitar yardım olaraq həmçinin Bosniya və Herseqovinaya 40 min peyvənd çatdırılmışdır.