Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Iyul 2021 11:08
Braziliyada son sutka ərzində daha 38 091 nəfərin koronavirus infeksiyasına yoluxması, 1108 nəfərin isə bu virusdan ölməsi təsdiqlənib.
Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik bildirib ki, indiyədək Braziliyada koronavirusa ümumilikdə 19 670 534 nəfər yoluxub. Bu müddət ərzində 549 448 koronaviruslu xəstə dünyasını dəyişib.
Həmçinin bu günədək 18 340 760 xəstə müalicə olunaraq sağalıb.