Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2019 04:20
Bakı. Trend:
Suriyada terrorçular iki gün ərzində bir neçə yaşayış məntəqəsinə hücum ediblər.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, terrorçuların hücumları nəticəsində 23 Suriya ordusunun hərbçisi həlak olub.
Bildirilir ki, avqustun 10-u terrorçular Sukayk-Açan yaşayış məntəqəsi, 11-i isə Murek-Açan yaşayış məntəqəsi istiqamətində hücum ediblər.
Qeyd edilir ki, terrorçuların bütün hücumlarının qarşısı alınıb və çox sayda terrorçu məhv edilib.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin