Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Iyul 2021 23:20
ABŞ-ın Aeronavtika və Kosmik Fəzanın Tədqiqatı üzrə Milli İdarəsi (NASA) Yupiterin səthini müxtəlif hündürlükdən tədqiq edəcək "Europa Clipper" zondunu orbitinə çıxarmağı "SpaceX" kompaniyasına etibar edib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, qurumun mətbuat xidməti kosmik aparatın "Falcon Heavy" daşıyıcı raketi vasitəsilə kosmosa çıxarılacağı barədə məlumat yayıb.
"Europa Clipper" missiyası 2024-cü ilin oktyabrında "Falcon Heavy" daşıyıcı raketi vasitəsilə Florida ştatında yerləşən Con Kennedi adına Kosmik Mərkəzdən fəzaya buraxılacaq. Müqavilənin ümumi dəyəri 178 milyon dollara yaxındır", - deyə məlumatda bildirilir.
"Europa Clipper" tədqiqat zondu Günəş sisteminin ən böyük planetinin səthinin həyat üçün yararlığının yoxlanılması üçün ən müasir alətlər dəsti ilə təchiz olunacaq. Missiya zamanı NASA mütəxəssisləri yüksək dəqiqlikli fotoşəkillər çəkməyi, astronomik cismin kimyəvi tərkibini müəyyənləşdirməyi, geoloji aktivliyini öyrənməyi və buz örtüyünün qalınlığını ölçməyi planlaşdırırlar.