Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Avqust 2019 22:24
"Monako" "Everton"un futbolçusu Henri Onyekurunu transfer edib.
Qol.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, 22 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb.
Fransa mətbuatı bu transfer üçün knyazlıq təmsilçisinin 13.5 milyon avro təzminat ödədiyini yazıb.
Qeyd edək ki, H.Onyekuru ötən mövsüm icarə əsasında "Qalatasaray"da oynayıb.