Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2019 00:24
“Sabah” baxışa yeni futbolçu dəvət edib.
Qol.az xəbər verir ki, haitili hücumçu Endi Faustin komandanın düşərgəsindədir.
22 yaşlı futbolçu ötən gün birinci divizion təmsilçisi MOİK-lə yoxlama oyununda meydana çıxıb. O, “Sabah”ın 5:0 hesablı qələbəsi ilə başa çatan görüşdə qol vurmağı da bacarıb.
Qeyd edək ki, Faustin son olaraq Belçikanın “Sulte Varegem” klubunda çıxış edib.