Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Avqust 2019 01:20
Bakı. Trend:
Bir neçə gün əvvəl Aden şəhərini ələ keçirən Yəmənli separatçılar Liviya Milli Ordusunun komandiri Xəlifə Haftarın qüvvələrinə Tripolini nəzarət altına almasına kömək etməyə hazır olduqlarını deyiblər.
Trend-in məlumatına görə, separatçılar onlara legitmlik altında gizlənən eyni silahlılara qarşı müharibədə bilik və təcrübələri ilə təchiz etməyə hazırdılar.
Qeyd edək ki, avqustun 7-də Yəmən hökumətinin hussit üsyançıları tərəfindən tutulan Sanadan köçdüyü Adendə hökumət qüvvələri ilə Cənubi Yəmən Keçid Şurasının separatçı tərəfdarları arasında qarşıdurma başlayıb.
Döyüşlərdə 40 nəfər ölüb, 260 nəfər yaralanıb.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin