Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

FHN-dən Türkiyədəki yanğınsöndürənlərimizin fəaliyyəti ilə bağlı daha bir məlumat - FOTO

FHN-dən Türkiyədəki yanğınsöndürənlərimizin fəaliyyəti ilə bağlı daha bir məlumat - FOTO

Tarix: 1 Avqust 2021 17:50

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə qardaş Türkiyədə olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürmə qüvvələri yanğınların söndürülməsi əməliyyatlarını peşəkarlıqla davam etdirir.

FHN-dən bildirilib ki, Marmaris bölgəsində yanğınlarla mübarizə aparan yanğınsöndürənlərimizin fədakarlığı sayəsində bəzi istiqamətlərdə yanğınların genişlənməsinin qarşısı alınıb.

Mürəkkəb dağlıq relyef şəraitinə və havanın yüksək temperaturunun hökm sürməsinə baxmayaraq Nazirliyin qüvvələri yanğınlarla mətinliklə mübarizə aparır.


Etiketlər:  dən Türkiyədəki yanğınsöndürənlərimizin fəaliyyəti ilə bağlı daha məlumat FOTO


RƏYLƏR