Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bu məhsulları birlikdə yeməyin

Bu məhsulları birlikdə yeməyin

Tarix: 1 Avqust 2021 19:33

Süd məhsullarının ət yeməkləri ilə birlikdə istifadə olunması zərərlidir.

Milli.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə endokrinoloq, qidalanma üzrə mütəxəssis Tatyana Boçarova danışıb. O bildirib ki, ət və süd məhsulları eyni yeməkdə bir yerdə olmamalıdır.

"Həqiqət budur ki, pendirdə, qaymaqda, süddə və qatıqda olan kalsium dəmirin udulmasını orta hesabla 50-60% azaldır. Uşaqların, hamilə qadınların, anemiya diaqnozu qoyulmuş xəstələrin qidalanmasından danışarkən bunu nəzərə almaq vacibdir", - ekspert əlavə edib.

Eyni zamanda qəhvə, çay, çörək, kartof, qarğıdalı və makaron da ətdə olan dəmirin sovrulmasını azaldır. Nişasta ilə zəngin qidalarla ət yemək sürətli kökəlməyə səbəb olur. (publika.az)

Milli.Az


Etiketlər:  məhsulları birlikdə yeməyin


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ