Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Avqust 2021 17:54
Tokio-2020 Yay Olimpiya Oyunlarında ölkələrin medal sıralamasındakı mübarizəsi davam edir.
Sonxeber.net apasport.az-a istinadən xəbər verir ki, yarışın bitməsinə 4 gün qalmış Çin liderliyini qoruyursa, ABŞ asiyalıları keçmək üçün mübarizə aparır.
"Üçlüy"ü qapayan Yaponiya liderlərdən geri qalmamağa çalışsa da, meydan sahiblərinin Olimpiadanın medal sayındakı qalibi olmaq şansı yüksək sayılmır. Çin isə tarixində 2-ci dəfə yarışı zirvədə bitirə bilər.
Asiyalılar yalnız doğma divarlar arasında hamını qabaqlayıb. Bu, Pekin-2008-də reallaşıb.
Sonrakı yarışlarda isə ABŞ hegemonluğunu bərpa edib. SSRİ-nin (ardınca MDB) tam süqutundan sonra təkhakimiyyətlilik iddiasında olan Şimali Amerika nəhəngi son 6 Olimpiadadan yalnız birində - Pekində uduzub. Asiya nəhəngi həmin uğurun təsadüf olmadığını qitənin digər ölkəsində təsdiqləməyə yaxındır.
Ümumiyyətlə əvvəlki 31 Olimpiadadan 28-i baş tutub. Bunların 17-də ABŞ qalib olub. MDB-ni də saysaq, SSRİ-nin 7 uğuru var. Çin və daha üç ölkə - Fransa, Böyük Britaniya, Almaniya hərəyə bir dəfə Olimpiadanın ən yaxşısı olub.
1896. ABŞ
1900. Fransa
1904. ABŞ
1908. Böyük Britaniya
1912. ABŞ
1920. ABŞ
1924. ABŞ
1928. ABŞ
1932. ABŞ
1936. Almaniya
1948. ABŞ
1952. ABŞ
1956. SSRİ
1960. SSRİ
1964. ABŞ
1968. ABŞ
1972. SSRİ
1976. SSRİ
1980. SSRİ
1984. ABŞ
1988. SSRİ
1992. MDB
1996. ABŞ
2000. ABŞ
2004. ABŞ
2008. Çin
2012. ABŞ
2016. ABŞ