Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Oğlunun ''WhatsApp'' statusuna görə öldürüldü - VİDEO - FOTO

Oğlunun ''WhatsApp'' statusuna görə öldürüldü - VİDEO - FOTO

Tarix: 6 Avqust 2021 04:06

Bursada 46 yaşlı Yasin Dere iş yerində silahlı qarşıdurma zamanı odlu silah ilə öldürülüb. Qətli törətdiyi iddia edilən 3 nəfər saxlanılıb.

Sonxeber.net haberler.com-a istinadən xəbər verir ki, şübhəlilərin ifadələri hadisənin səbəbini ortaya qoyub. Belə ki, öldürülən şəxsin oğlunun "WhatsApp" statusunda paylaşdığı foto mübahisə yaradıb. Sonradan da mübahisə qanlı sonluqla bitib. Hadisəni törədən Burak Y. (27), Semih Y. (25) və Savaş H. (26) tutulub.

Öldürülən şəxsə oğlunun fırıldaqçı olduğunu deyəndə ata "içki stolu arxasında məsələni həll edə bilərik" deyib. "Sonra məni iş yerinə dəvət etdi. Mən gedəndə ov tüfəngiylə bizə atəş açdı. Biz də silahı çıxarıb vurduq" deyə qatil ifadəsində bildirib.

Kamran Seyidov


Etiketlər:  Oğlunun WhatsApp statusuna görə öldürüldü VİDEO FOTO


RƏYLƏR