Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Sabah''dan ''Qol var idimi?'' müsabiqəsi - 960 manat mükafat

''Sabah''dan ''Qol var idimi?'' müsabiqəsi -  960 manat mükafat

Tarix: 28 Aprel 2019 14:08

"Sabah" klubu "Qol var idimi?" müsabiqəsi elan edib.

Qol.az klubun saytına istinadın xəbər verir ki, mövzu Azərbaycan Premyer Liqasının son turunda "Keşlə" ilə oyunun 90+6-cı dəqiqəsində komandanın əleyhinə verilən qol qərarıdır.

Klub "Top "Sabah"ın qapısına daxil olmuşdumu? sualı ilə futbolsevərlərə müraciət edib.

Təqdim edilən  videonu izləyib, fikrini daha dolğun izah edən şəxsi 960 manat mükafat gözləyir. Bunun üçün "Sabah" klubu ilə bağlılığı olmayan 3 mütəxəssisdən ibarət münsiflər heyəti yığılacaq. Onların rəyi əsasında ən tutarlı fikir irəli sürən şəxs idman verilişlərindən birinə dəvət alacaq, fikrini mütəxəssislərə əsaslandıraraq mükafata sahib çıxacaq.

Müsaqibədə iştirak etmək istəyənlər aşağıdakı linkə daxil olub, fikirlərini bildirə bilərlər.

https://www.facebook.com/watch/?v=337180566957054
 


Etiketlər:  Sabahdan idimi müsabiqəsi manat mükafat


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ