Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Nəsrin Cavadzadədən evlilik açıqlaması

Nəsrin Cavadzadədən evlilik açıqlaması

Tarix: 8 Avqust 2021 11:00

Aktrisa Nəsrin Cavadzadə sevgilisi aktyor Gökhan Alkanla evliliyi ilə bağlı sualları cavablayıb.

Sonxeber.net axşam.az-a istinadən bildirir ki, aktrisa haqlarında çıxan məlumatları təəccüblə oxuduğunu bildirib. O, Türkiyədə davam edən yanğınların fonunda evliliyi ilə bağlı danışmaq istəmədiyini də vurğulayıb:

"Biz də detalları qəzetlərdən oxuyuruq. Nişan baş tutub. Çox sevdiyim dostlarımız da var idi. Mənim üçün sürpriz oldu.

İnsanlar yanğınla mübarizə apararkən bu mövzuları danışmaq məni kədərləndirir. Yaşadığım bütün sevinclərin üstündə bir kölgə var. Çox kədərliyəm. Belə bir dövrdə toydan danışmayaq".

Qeyd edək ki, cütlük "Yasak elma" serialında birgə rol aldıqdan sonra münasibətə başlayıb. Bu yaxınlarda Gökhan Nəsrinə evlilik təklifi edib. Aktrisa sevgilisinə "hə" cavabını verib.


Etiketlər:  Nəsrin Cavadzadədən evlilik açıqlaması


RƏYLƏR